“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2024-cü ilin hesabatını müzakirə edib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun növbəti iclası keçirilib.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl dünya naminə həmrəylik ili”ndə Strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələr və əldə olunan mühüm nailiyyətlərdən danışıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində görülən işlərin ölkəmizin dayanıqlı inkişafına verdiyi töhfələr vurğulanıb.
Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyanın icrası çərçivəsində 2024-cü ildə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatının layihəsini təqdim edib. “Yaşıl enerji məkanı” məqsədi üzrə aidiyyəti qurumlar tərəfindən yerinə yetirilmiş tədbirlərin icra göstəriciləri barədə məlumat verilib, dənizdə külək enerjisi potensialının araşdırılması, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, enerji saxlanc sistemlərinin və karbon tutulması texnologiyasının tətbiqi, müxtəlif sahələrdə enerji səmərəliliyinin təmin edilməsi, yeni generasiya güclərinin enerji sisteminə etibarlı inteqrasiyası üçün infrastrukturun qurulması, iqlim dəyişmələri üzrə milli məlumat bazasının yaradılması və digər istiqamətlər üzrə icra olunan tədbirlər müzakirə edilib.
Sonra digər qrup üzvlərinin ilkin hesabat layihəsinə dair məruzələri dinlənilib, Strategiya sənədi üzrə tədbirlərin cari ildə effektiv icrası ilə bağlı hədəflər, atılacaq addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib.
“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib