“Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.
Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilmiş iclasda Strategiya layihəsinin hazırlanması üzrə görülmüş işlər, təklif olunan fəaliyyət istiqamətləri və tədbirlər barədə məlumat verilib.
İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov və şöbənin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə iştirak ediblər.
Orxan Sadıqov bildirib ki, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin Tədbirlər Planında müvafiq baza ilinədək nail olunmuş göstəricinin müəyyən edilməsi, eləcə də, maliyyə tutumuna dair təkliflərin ilkin, aralıq və yekun nəticə göstəricilərinə uyğunlaşdırılması, həmçinin alternativ maliyyələşmə mənbələrinin nəzərə alınması vacibdir. O əlavə edib ki, icrası nəzərdə tutulan tədbirlərin ehtimal olunan maliyyə tutumunun hesablanması zamanı mövcud qanunvericiliyin tələblərinin, yerli və beynəlxalq təcrübənin nəzərə alınması Strategiyanın effektiv və səmərəli icrası baxımından mühüm əhəmiyyət daşıyır.
“Yaşıl enerji məkanı” məqsədi üzrə ekspertlər qrupu tərəfindən hazırlanmış hədəf göstəricilərinə, fəaliyyət istiqamətlərinə və tədbirlərə dair ilkin təkliflər nəzərdən keçirilib, icra ediləcək tədbirlərin yekun variantının Alt İşçi qrupunun növbəti iclasına qədər təqdim olunması qərara alınıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib