“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun iclası keçirilib
“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun 4-cü iclası keçirilib.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamı ilə yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi qrupunun ötən dövr ərzində fəaliyyətindən bəhs edib. Bildirilib ki, bu müddətdə Alt İşçi qrupun 3 iclası, mütəxəssislərdən ibarət Ekspertlər qrupunun isə 5 iclası keçirilib.
İclasda Strategiyanın Tədbirlər Planı layihəsinin hazırlanması, hədəf indikatorları, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və maliyyələşmə məsələləri müzakirə olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə müzakirələrdə iştirak ediblər.
İclasda “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı layihəsinin yekun variantı təqdim edilib. Qeyd olunub ki, "Yaşıl enerji" məkanı məqsədi üzrə 5 əsas hədəf indikatoru, 7 fəaliyyət istiqaməti, 45 tədbir və 17 icraçı qurum müəyyən olunub. Hər bir fəaliyyət istiqaməti üzrə nəzərdə tutulan tədbirlər, icraçı qurumlar və icra müddəti barədə məlumat verilib, tədbirlərin icrası üzrə maliyyələşmə mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Rəylər nəzərə alınmaqla Tədbirlər Planı layihəsi məqbul hesab edilib və yekun layihənin tezliklə aidiyyəti üzrə təqdim edilməsi qərara alınıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib