Vüsal Qasımlı Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş katibini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Katibi Adem Kula, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və müşaviri Ziya Hacılını qəbul edib.
V.Qasımlı görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) qurulmasından bəri İİTKM-in bu təşkilatla fəal və məhsuldar əməkdaşlıq apardığını və bu məqsədlə Mərkəzin nəzdində Türk Dünyası Araşdırmalar Mərkəzinin yaradıldığını qeyd edib. O, İİTKM-in TDT Katibliyi ilə birlikdə həyata keçirdiyi layihələr, xüsusilə yeddi türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq aliminin iştirakı ilə hazırlanan “Türk Dövlətləri İqtisadiyyatı” kitabı, ildə dörd dəfə səkkiz dildə nəşr olunan “Türk iqtisadi icmalı” və hazırda hazırlıq prosesində olan “Türk Dövlətlərinin interaktiv geoiqtisadi xəritəsi” barədə ətraflı məlumat verib.
Vüsal Qasımlı ASK-ın 2025-ci ildə Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrliyi dövründə “Türk Dövlətlərinin interaktiv geoiqtisadi xəritəsi”nin hazırlanması, “Sahibkarlıq və startapları dəstəkləmək üçün biznes əməkdaşlığı” və “E-ticarət imkanlarının artırılması” layihələri üzrə birgə əməkdaşlığın həyata keçirilməsində İİTKM-in maraqlı olduğunu bildirib. O, bu layihələrin TDT ölkələri arasında ticarət və investisiya imkanlarının artırılmasında dataəsaslı qərarların qəbul edilməsi baxımından əhəmiyyətini qonaqların diqqətinə çatdırıb.
Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Katibi Adem Kula Türk dünyasında ticarət əlaqələrinin gücləndirilməsi və qarşılıqlı investisiyaların artırılmasına dəstək verən layihələrin icrası istiqamətində İİTKM ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. O, TDT-yə üzv dövlətlər arasında logistika, nəqliyyat, bankçılıq, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ticarət, investisiya və iqtisadi məlumatları bir araya gətirən platformanın yaradılması kimi layihələrin investorların daha yaxşı qərarlar qəbul etməsinə dəstək verəcəyinə əminliyini bildirib.
ASK-ın vitse-prezidenti Vüqar Zeynalov iqtisadi inkişafı sürətləndirmək üçün prioritet sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsinin, xüsusilə də rəqəmsal platformaların hazırlanıb istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib. Eyni zamanda belə layihələrin regionda investisiya axınının artırılmasına, güclü tərəfdaşlıqların qurulmasına və sahibkarlıq bacarıqlarının inkişafına töhfə verəcəyini bildirib.
Tədbirdə İİTKM-in “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova müzakirə olunan layihələr barədə qonaqlara ətraflı təqdimatlar ediblər.
Sonda Vüsal Qasımlı qonaqlara İİTKM tərəfindən hazırlanmış “Türk Dövlətləri İqtisadiyyatı” kitabı və “Türk iqtisadi icmalı”nı təqdim edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib