Vüsal Qasımlı “Startup School 2”nin 5 ən yaxşı komandasının üzvləri ilə görüşdü
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev və “Enterprise Azerbaijan” portalının “Startup School 2-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin 5 ən yaxşı komandasının üzvləri ilə görüşüb.
Prof. Dr. Vüsal Qasımlı bildirib ki, “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School” layihələri inkubasiya, akselerasiya və investisiyalara çıxış mərkəzi kimi Azərbaycanın startap ekosistemində özünəməxsus yer tutub.
"Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva isə “Startup School 2”nin gedişatı barədə məlumat verərək qeyd edib ki, layihəyə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən 121 komanda müraciət edib, onlardan 41-i seçilərək onlayn təlimlərə cəlb olunub. Sonra 10 layihə növbəti mərhələyə vəsiqə qazanıb. Münsiflər heyətinin qərarı ilə onlardan 5 ən yaxşı komanda seçilib və hakaton mərhələsinə keçib.
“Startup School 2” layihəsinin mentorlarından olan Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev isə seçilmiş layihələrin startap ekosistemində diqqət cəlb edəcəyinə əminliyini ifadə edib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin “AGROCHAT”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd”, Lənkəran Dövlət Universitetinin “PlantGenic”, KTN Aqrar Tədqiqatlar Mərkəzinin “FOODSORT”, Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo” komandalarının üzvləri öz layihələrini təqdim ediblər. Komanda üzvlərinə yeni tapşırıqlar verilib və hakatona qədər layihələrin təkmilləşdirilməsi ilə bağlı tövsiyyələr irəli sürülüb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib