Vüsal Qasımlı Karpaç İqtisadi Forumunda çıxış edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Polşanın Karpaç şəhərində keçiriləcək 34-cü İqtisadi Forumda çıxış edəcək.
Bu ilki forum “Time of Transition - What Future for Europe?” (Keçid dövrü – Avropanı nə gözləyir?) mövzusuna həsr olunub. Vüsal Qasımlı Forumda Asiya və Avropanın birləşdirən Orta Dəhliz barədə təqdimatla çıxış edəcək. Təqdimatda İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn “Orta Dəhliz” kitabı barədə fikir mübadiləsi aparılacaq. Orta dəhliz boyunca yerləşən ölkələr üçün iqtisadi təsirlər, daha çevik və səmərəli nəqliyyat idarəetmə strategiyaları, logistika sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi müzakirə ediləcək.
Qeyd edək ki, Karpaç İqtisadi Forumu miqyasına görə Mərkəzi və Şərqi Avropanın ən böyük və mühüm konfransıdır. Artıq 30 ildən artıqdır Forum dünyanın 60-dan çox ölkəsindən minlərlə şəxsin siyasi və iqtisadi mövzularda fikir mübadiləsi apardığı platforma rolunu oynayır.
Kitabla tanış olmaq üçün :https://ereforms.gov.az/en/publications/39
XXXIV İqtisadi Foruma qeydiyyatdan keçmək və 35-dən çox müəllifin görüşündə iştirak etmək üçün : https://bit.ly/XXXIVForumEkonomiczne








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib