Vüsal Qasımlı ABŞ Dövlət Departamentinın Qafqaz idarəsinin rəhbərini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ABŞ Dövlət Departametinin Bakıda səfərdə olan Qafqaz işləri və regional münaqişələr idarəsinin rəhbəri Ceril Fernandesi, eləcə də Amerikanın Azərbaycandakı səfirliyinin iqtisadi müşaviri Maykl Rouseki qəbul edib.
Görüş zamanı Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində qeyri-neft sektorunun artım tempi 3,5 faiz olub, xüsusilə, qeyri-neft sənayesi, turizm, kənd təsərrüfatı, informasiya və rabitə xidmətləri iqtisadiyyatın əsas drayverlərinə çevriliblər: “”Doing Business”də iki il dalbadal ən islahatçı ölkələrin sırasında olan Azərbaycan bu il həm də inqilabi sosial islahatlar, dərin struktur və kadr islahatları aparıb. Prezdentin rəhbərliyi ilə Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modeli formalaşdırılıb. Azranking.az və Monitoring.az platformalarında dövlət-özəl dialoqu əsasında islahatların hazırlanması, həyata keçirilməsi, monitorinqi, qiymətləndirilməsi və kommunikasiyasından ibarət rəqəmsal alqoritm qurulub. Prezident İlham Əliyevin təmin etdiyi ictimai-siyasi və makroiqtisadi sabitlik, əlverişli biznes mühiti, həmçinin təşviq siyasəti nəticəsində qeyri-neft sektorunda əsas kapitala vəsait qoyuluşu bu ilin ilk doqquz ayında 8,9 faiz artıb. Bu da onu göstərir ki, son 15 ildə üç dəfədən artıq böyümüş Azərbaycan iqtisadiyyatı davamlı inkişaf xəttini saxlayacaqdır. Eyni zamanda Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika, rəqəmsal və neft-qaz layihələrini irəli aparmaqla, habelə sivlilizasiyalararası dialoq məkanı olmaqla kommunikasiya qovşağı rolunu oynayır.”
ABŞ Dövlət Departametinin Bakıda səfərdə olan Qafqaz işləri və regional münaqişələr idarəsinin rəhbəri Ceril Fernandes isə təmsil etdiyi dövlətin Azərbaycanı strateji tərəfdaş hesab etdiyini, ölkədəki iqtisadi islahatları qiymətləndirdiyini və bir çox sahələr üzrə əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır