Türkiyənin nüfuzlu iş adamları İİTKM-də olublar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türkiyə Respublikasının Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin (Invest in Türkiye) birgə təşkilatçılığı ilə “Azərbaycan Müştərək Kapital Bazarları Proqramı” çərçivəsində Türkiyənin nüfuzlu iş adamlarından ibarət heyət ölkəmizə səfər edib.
Proqramın açılışında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı çıxış edərək Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafından danışıb. O bildirib ki, bu səfər 2021-ci ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə vurğulanan investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin genişləndirilməsi istiqamətində səylərin artırılması məqsədinə xidmət edir. Türkiyənin nüfuzlu şirkətlərinin təmsil olunduğu səfər ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsinə, birbaşa xarici investisiyaların cəlbinə töhfə verə bilər.
Sonra Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Tarık Akın çıxış edərək qarşılıqlı maraq doğuran məsələlərdən danışıb.
İki gün davam edəcək səfər zamanı qardaş ölkədən gələn nümayəndə heyətinin Mərkəzi Bank, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Neft Fondu, SOCAR, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “PASHA Holding”, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, “Azər-Türk Bank”, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası və digər qurumlarda görüşləri nəzərdə tutulub.
Səfərdə "Golden Global Yatırım Bankası A.Ş.", "Kuveyt Türk Portföy Yönetimi A.Ş.", "Dünya Katılım (DK) Varlık Kiralama A.Ş. ", "Arz Gayrimenkul ve Girişim Sermayesi Portföy Yönetimi A.Ş.", "Katılım Emeklilik Hayat A.Ş.", "Türkiye Katılım Sigorta A.Ş.", "Fon Angels Girişim Kitle Fonlama A.Ş.", "Fongogo Kitle Fonlama Platformu A.Ş.", "İnnova Bilişim Çözümleri A.Ş.", "İnsha Ventures Teknoloji Geliştirme ve Pazarlama A.Ş.", "Mehr Bilişim Teknolojileri A. Ş.", "PayPorter Ödeme Hizmetleri ve Elektronik Para A.Ş." və "TriO Blockchain Labs" şirkətlərinin rəhbər şəxsləri iştirak edirlər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib