“Turizmin inkişafı” üzrə İşçi Qrupunun iclası keçirilib
01 oktyabr 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” işçi qrupunun onlayn formatda iclası keçirilmişdir. Tədbirdə İşçi qrupun üzvləri və fəaliyyət planında əsas icraçı olan digər dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
İşçi qrupun rəhbəri, Dövlət turizm Agentliyinin sədr müavini Azadə Hüseynova görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələlər barədə məlumat vermişdir.
Sonra isə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev çıxış edərək Komissiyanın tərkibində 25 işçi qrupundan biri olan “Turizmin inkişafı” İşçi Qrupunun əsas mandatının Dünya İqtisadi Forumu tərəfindən dərc olunan Səyahət və Turizmin İnkişafı İndeksinin təhlil olunması, ölkəmizin bu İndeksdə mövqeyinin artırılması ilə bağlı təkliflərin verilməsi, eləcə də bu istiqamətdə tədbirlərin icra olunmasından ibarət olduğunu bildirmişdir. O, Səyahət və Turizmin İnkişafı İndeksi üzrə indikatorların müxtəlif sahələri əhatə etdiyini, bununla bağlı olaraq İşçi Qrupunun tərkibinin və hazırkı Fəaliyyət Planında əks olunan məsələlərin kifayət qədər geniş olduğunu vurğulamışdır. Həmçinin, o, Komissiyanın sədrinin qərarına əsasən İşçi Qrupunun rəhbərliyində dəyişiklik olduğunu, bundan sonra İşçi Qrupuna Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın rəhbərlik edəcəyini qeyd etmişdir.
İşçi qrupunun rəhbəri A.Hüseynova çıxış edərək turizmin inkişafının ölkə üçün əhəmiyyətini vurğulamış, bununla bağlı olaraq İşçi Qrupunun üzərinə ciddi məsuliyyət düşdüyünü qeyd etmişdir. O, İşçi Qrupunun fəaliyyəti ilə bağlı məlumat verərək bildirmişdir ki, görülmüş işlərlə bağlı hesabatlar hər iclasdan əvvəl elektron şəkildə təqdim olunmalı, işçi qrupunun iclaslarında daha çox fəaliyyət planının icrası ilə bağlı qarşıya çıxan çətinliklər müzakirə edilməlidir. O, həmçinin, İşçi Qrupunun iclaslarının müntəzəm şəkildə keçirilməsini qeyd etmişdir. İşçi Qrupun 2026-cı ilin fəaliyyət planı ilə bağlı aidiyyəti qurumlar tərəfindən ilin sonuna kimi təkliflərin təqdim olunmasını xahiş etmişdir.
Sonra isə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək 2025-ci il fəaliyyət planına uyğun olaraq Dövlət Turizm Agentliyi tərəfindən görülən işlərlə bağlı məlumat vermişdir.
V. Şıxəliyev İşçi Qrupunun tərkibinə yenidən nəzər yetirilməsi və zərurət olduqda üzvlərin yenilinməsi ilə bağlı Komissiya qarşısında məsələnin qaldırılmasını qeyd etmişdir.
Həmçinin, görüş zamanı İşçi Qrupun üzvü olan İqtisadiyyat Nazirliyinin nümayəndəsi Valeh Musayev Fəaliyyət Planının 11.1.4. bəndi ilə bağlı təkliflərin Dövlət Turizm Agentliyi tərəfindən təqdim olunmasını qeyd etmişdir.
Sonda V. Şıxəliyev İşçi qrupu tərəfindən mandatına uyğun olaraq Səyahət və Turizmin İnkişafı İndeksinin izlənilməsini və 2026-cı il üçün Fəaliyyət Planı hazırlanarkən həmin İndeksin növbəti sayının nəzərə alınmasını vurğulamışdır.








Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir