TDAM rəhbəri və Fatih Sultan Mehmet Universitetinin rektoru ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində Fatih Sultan Mehmet Universitetinin rektoru, Prof. Dr. Nevzat Şimşek ilə görüş keçirib.
Görüşdə türk dövlətlərində iqtisadiyyat, təhsil, enerji sahəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, mövcud potensialın qiymətləndirilməsi, iqtisadi və ticari əlaqələrin artırılması yolları ilə bağlı Türkiyə və Mərkəzi Asiyadakı türkdilli dövlətlərin universitetlərinin iştirakı ilə birgə tədqiqatların aparılması müzakirə olunub. Həmçinin gələcəkdə akademik modellər əsasında təhlillərin aparılması sahəsində TDAM ilə Fatih Sultan Mehmet Universiteti arasında ortaq layihələrin icrası barədə razılıq əldə edilib.
Vüsalə Cəfərova İİTKM-in hazırladığı dövri “Türk İqtisadi İcmalı” və “Türk dövlətləri iqtisadiyyatı” kitabını Nevzat Şimşekə təqdim edib.
Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir