TDAM rəhbəri türk dövlətlərinin yay məktəbində iştirak edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Türk dünyası üçün yeni dövr” beynəlxalq yay məktəbində iştirak edir. Türk Dövlətləri Təşkilatının (TDT) və İbn Haldun Universitetinin təşkilatçılığı ilə keçirilən yay məktəbinə TDT-yə üzv dövlətlər, həmçinin ABŞ, Almaniya, İngiltərə, Çin, İran, Rusiya, Hindistan, Polşa, Pakistan, Bolqarıstan daxil olmaqla 20 ölkədən nümayəndələr, alimlər və tədqiqatçılar qatılıblar.
Tədbir çərçivəsində Vüsalə Cəfərova İbn Haldun Universitetinin (İHU) prorektoru Ali Yeşilırmak, İHU-nun Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar Sarı, Ankara Yıldırım Beyazıt Üniversitetinin professoru Ali Avcı və digər ölkələrdən olan tədqiqatçılarla keçirilən görüşdə İİTKM-in fəaliyyəti barədə məlumat verib, türk dövlətlərinin beyin mərkəzləri ilə birlikdə hazırlanan “Türk dövlətləri iqtisadiyyatı” kitabını və İİTKM-in Türk Dünyası Araşdırmaları Mərkəzinin dövri nəşri olan “Türk İqtisadi İcmalı” təqdim edib.
Yay məktəbinin keçirilməsində əsas məqsəd tədqiqatçılara türkdilli ölkələrin tarixi, iqtisadiyyatı, mədəniyyəti haqqında dərin biliklər vermək, mədəniyyətlərarası dialoqu və əməkdaşlığı gücləndirmək, həmçinin gələcək nəsillər arasında daha sıx əlaqələrin qurulmasına, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməkdir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu