Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın əsas məqamları müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Prezidentin Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024-2027-ci illərdə Tədbirlər Planının yerinə yetirilməsi üzrə vahid indikator cədvəlinin hazırlanması istiqamətində görüşlər keçirilib. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) icraçıları iştirak ediblər.
Birgə görüşün təşkil olunmasının əsas məqsədi Milli Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq vahid indikator cədvəlinin hazırlanması prosesinin sürətləndirilməsi, bir neçə əsas icraçı qurumun olduğu tədbirlərdə kommunikasiyanın təmini, hədəflərin müvafiq qaydada müəyyən edilməsi, tərtibat qaydaları və Mərkəz tərəfindən müvafiq qaydada dəstəyin göstərilməsidir.
Aparılan müzakirələrin nəticəsində aidiyyəti tədbirlərin ilkin, aralıq və yekun nəticə indikatorları üzrə hədəflərin müvafiq qaydada müəyyən edilməsində əsas icraçı qurumlar tərəfindən yaranan suallar cavablandırılıb. Əsas icraçı qurumların iştirak etdiyi tədbirlərdə müvafiq əsas icraçı qurumun təşkilatçılığı ilə işçi qrupların yaradılmasına dair razılığa gəlinib.
Qeyd olunub ki, əsas icraçı qurumlar vahid indikator cədvəllərini Mərkəzə təqdim edəcəklər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib