
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın hesabatlılıq portalı üzrə təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş indikatorların monitorinq və qiymətləndirilməsinin səmərəli və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi üçün yaradılmış hesabatlılıq portalının istifadə qaydalarına dair əsas icraçı qurumların nümayəndələrinə təlim keçirilib.
İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova monitorinq və qiymətləndirmədə rəqəmsallığın təmin olunması, geniş funksional imkanlara malik platformalar üzrə Mərkəzin fəaliyyətini təqdim edib, yeni yaradılmış Milli Strategiyanın hesabatlılıq portalı haqqında məlumat verib, təlimin məqsəd və hədəflərini vurğulayıb.
Təlimdə Milli Strategiyada icrası nəzərdə tutulan indikatorlar barədə müvafiq məlumatların portala əlavə edilməsi, eləcə də "Layihə idarəetməsi” modulundan istifadə qaydaları üzrə praktiki təqdimatlar edilib. Portalın funksionallığı, məlumatların daxil edilməsi və hesabatlılığın formalaşdırılması haqqında geniş məlumat verilib. Eyni zamanda, Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıların sualları cavablandırılıb və irəli sürülən təkliflər ətrafında müzakirə aparılıb.
Təlimdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.
Sözügedən təlim istiqamətində daha bir görüş isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə onlayn formatda davam etdirilib.
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.


Ekspert yazıları
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək