Strategiyanın "Yaradıcı və innovativ cəmiyyət” məqsədi müzakirə olunub

Strategiyanın "Yaradıcı və innovativ cəmiyyət” məqsədi müzakirə olunub

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Yaradıcı və innovativ cəmiyyət” məqsədinin icrası üzrə onlayn görüş keçirilib.

Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları arasında Strategiyanın tədbirlər planının indikatorlarının icrası, yaranan çağırışlar və onların yerli qanunvericiliyin tələbləri xarici təcrübə nəzərə alınmaqla həlli üzrə qarşılıqlı müzakirə aparılıb. 

Görüşün sonunda İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində təklif və tövsiyələri təsdiq edib.