“Startup School 3” layihəsi çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində yerli və beynəlxalq əməkdaşlıqların miqyası genişlənir. Layihənin “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı çərçivəsində tərəfdaş qurumlarla əlaqələrin möhkəmləndirilməsi məqsədilə mütəmadi görüşlər keçirilir.
Bu istiqamətdə növbəti əməkdaşlıq görüşü İT sahəsində ixtisaslaşmış aparıcı təlim və inkişaf mərkəzlərindən biri olan “Coders Azerbaijan” ilə baş tutub. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul əməkdaşları və “Coders Azerbaijan”ın rəhbər heyəti iştirak ediblər.
Tərəflər görüş zamanı hər iki qurumun fəaliyyət istiqamətləri barədə məlumat mübadiləsi aparıb, startapların texnoloji biliklərlə təmin olunması, innovativ yanaşmaların tətbiqi və gənc təşəbbüskarların potensialının artırılması sahəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər. Həmçinin gələcəkdə birgə təlim proqramlarının təşkili, mentorluq fəaliyyətlərinin həyata keçirilməsi və texnologiya sahəsində ixtisaslaşmış startap komandalarının dəstəklənməsi kimi mövzular da diqqət mərkəzində olub.
Görüşün yekunu olaraq, “Enterprise Azerbaijan” və “Coders Azerbaijan” arasında strateji tərəfdaşlıq əlaqələrinin rəsmiləşdirilməsi məqsədilə əməkdaşlığa dair memorandum imzalanıb.
Bu əməkdaşlıq “Enterprise Azerbaijan” portalının hədəflərinə uyğun olaraq Azərbaycan və region ölkələrindən olan innovativ gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də yerli və beynəlxalq texnoloji mühitə inteqrasiyasına töhfə verəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib