“Startup School 2” layihəsinin rəsmi açılış mərasimi keçirildi

“Startup School 2” layihəsinin rəsmi açılış mərasimi keçirildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin rəsmi açılış mərasimi keçirilib. Onlayn formatda baş tutan mərasimdə təşkilatçı qurumların rəhbərləri, dövlət qurumlarının nümayəndələri, ayrı-ayrı ölkələri təmsil edən beynəlxalq dərəcəli mentorlar və layihənin ekspertləri iştirak ediblər.

İİTKM-in icraçı direktoru, Prof. Dr. Vüsal Qasımlı mərasim iştirakçılarını salamlayaraq, “Startup School 2 - AI for Green Solidarity” layihəsinin əhəmiyyətini vurğulayıb və ətraf mühitlə bağlı ciddi çağırışların olduğu bir dövrdə süni intellekt və yaşıl texnologiyaların qarşılıqlı şəkildə tədqiq olunmasının vacibliyini qeyd edib. O, “Startup School” layihəsinin budəfəki proqramının məhz “Yaşıl həmrəylik naminə süni intellekt” devizi altında təşkil olunmasının da bu məqsədə xidmət etdiyini bildirib.

“Enterprise Azerbaijan” portalının rəhbəri, layihənin koordinatoru Mətanət Musayeva təqdim olunmuş layihələr barədə danışıb və müvafiq statistik məlumatları diqqətə çatdırıb.

Daha sonra layihə çərçivəsində təşkil olunacaq təlimlər və son mərhələdə keçiriləcək müsabiqə barədə məlumat verilib.

Açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, KOBİA, “Azərkosmos”, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Təhsil Tələbə Kredit Fondu, “Təmiz Şəhər” ASC və Aqrar İnnovasiya Mərkəzinin nümayəndələri iştirak ediblər. Onlar bu layihənin də uğurla başa çatacağına əminlik ifadə ediblər.

Qeyd edək ki, ümumilikdə müsabiqədə iştirak üçün Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən - Kanada, Finlandiya, Almaniya, Cənubi Afrika Respublikası, Polşa, Çexiya, Qazaxıstan və Türkiyədən 121 layihə müraciət edib. Bu layihələr arasında xarici ölkələrin nüfuzlu universitetlərinin komandaları da yer alır. Almaniyanın Duisburq Essen (University Duisburg Essen), Kanadanın Kalqari (University of Calgary), Finlandiyanın Temper (Tampere), Çexiyanın Praqa (CZU Pragua), Cənubi Afrika Respublikasının UNISA, Polşanın İqtisadiyyat və Sosial Elmlər (University of Economics and Human Sciences in Warsaw), Cənubi Koreyanın İnha (Inha University), Türkiyənin Hacettepe, Koç və OSTİM universitetlərinin tələbələri də “Startup School 2” layihəsi çərçivəsində həm öyrənəcəklər, həm də rəqibləri ilə mübarizə aparacaqlar.

Budəfəki müsabiqənin digər özəlliyi isə yerli layihələrin coğrafiyasının daha da genişlənməsidir. Bu il layihəyə paytaxtla yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran dövlət universitetlərinin və Gəncədə yerləşən Azərbayan Dövlət Aqrar Universitetinin tələbələri də qoşulublar.

“Startup School 2” layihəsinin rəsmi açılış mərasimi keçirildi
“Startup School 2” layihəsinin rəsmi açılış mərasimi keçirildi
“Startup School 2” layihəsinin rəsmi açılış mərasimi keçirildi
“Startup School 2” layihəsinin rəsmi açılış mərasimi keçirildi

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R