Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verildi
Səhiyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” adlanan 3-cü Milli Prioritetinə uyğun olaraq yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi qrupunun ilk iclası keçirilib. İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Əbdülrəhim Dadaşov iştirak edib.
İclasda sözügedən işçi qrupunun rəhbəri olan səhiyyə naziri Teymur Musayev, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən səhiyyə naziri Teymur Musayev ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görüləcək tədbirlərin vahid strateji çərçivəyə salınmasının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunmaqla ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb.
İclasda səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr barədə təqdimatla çıxış edib.
Müzakirələr zamanı işçi qrupunun üzvləri 2027–2030-cu illər üzrə yeni strategiyanın konturlarının müəyyənləşdirilməsi, sağlam həyat tərzinin təşviq edilməsi, səhiyyə sisteminin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi ilə bağlı təkliflərini səsləndiriblər.
İclasın sonunda nazir Teymur Musayev qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın effektiv icrası üçün yaradılmış sahəvi alt işçi qruplar öz fəaliyyətlərini ayda ən azı bir dəfə olmaqla intensiv şəkildə davam etdirməlidirlər. Nazir vurğulayıb ki, növbəti illər üçün hazırlanacaq strategiyada müasir dövrün reallıqları və qlobal trendləri nəzərə alınaraq, gələcəkdə tətbiqi daha effektiv nəticələr verən tədbirlər öz əksini tapmalıdır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib