Sahibkarların mikromaliyyə alətlərinə çıxış imkanları müzakirə olunub
İİTKM və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə iştirak edən Azexport portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, rəqəmsal texnologiyaların geniş tətbiqi bütün sahələrdə olduğu kimi mikromaliyyə sənayesində də yeni yanaşmaların tətbiqini zəruri edir. Xüsusilə beynəlxalq elektron ticarət platformalarında Amazon, eBay, Etsy və s. satışa başlamaq istəyən gənclərin ilkin kapitala olan ehtiyacını qarşılamaq üçün mikromaliyyə institutları mühüm rol oynaya bilər. Bu baxımdan mikromaliyyə sektorunun innovativ məhsullar və güzəştli kredit mexanizmləri vasitəsilə startaplara dəstək göstərməsi vacibdir. Ayxan Qədəşov qeyd edib ki, bu sahədə dövlət qurumlarından verilən sənədlər startapların gəlir potensialının təminatı kimi çıxış edə bilər.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı çıxış edərək bildirib ki, mikromaliyyə institutlarının regionlarda fəaliyyət göstərən kiçik sahibkarlara, xüsusən qadın və gənc sahibkarlara dəstək imkanları artırılmalıdır. O, qeyd edib ki, bu sahədə həyata keçirilən dövlət proqramlarına mikromaliyyə təşkilatlarının daha aktiv cəlb olunması üçün koordinasiya mexanizmləri təkmilləşdirilməlidir.
Görüşdə iştirak edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının Mikromaliyyə idarə etməsi və inkişafı üzrə beynəlxalq eksperti Nazim Əliyev isə çıxışında ölkədə mikromaliyyə sənayesinin dayanıqlı və inklüziv inkişafını dəstəkləmək məqsədilə 2025-ci il üzrə “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd”in hazırlanmasına başlanıldığını diqqətə çatdırıb. O bildirib ki, bu strateji sənəd mikromaliyyə sektorunun mövcud vəziyyətini, əsas çağırışları və inkişaf istiqamətlərini əhatə etməklə, sahənin daha effektiv və inklüziv inkişafına töhfə verəcək.
Müzakirə mikromaliyyə sektorunun rəqəmsal dövrdə inkişaf imkanlarını, gənclərin və startapların dəstəklənməsi üçün yeni mexanizmlərin müzakirəsi ilə davam edib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu