Sahibkarlar yeni yaradılan “Elektron məlumatlandırma” sistemindən istifadə edə biləcəklər
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya sahibkarlara müraciət edib. Müraciətdə sahibkarlara yeni yaradılan “Elektron məlumatlandırma” sistemi haqqında məlumat verilib.
Hörmətli sahibkarlar!
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qruplarının gözlənilən iclasları barədə məlumatları qabaqcadan elektron poçt vasitəsilə operativ qaydada əldə etməyə imkan verən “Elektron məlumatlandırma” sistemi yaradılıb.
Sistemdə qeydiyyatdan keçməklə siz Komissiyanın fəaliyyəti ilə bağlı məlumat əldə edə və ölkəmizin biznes mühitinin inkişafı naminə islahat təşəbbüslərinin hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak edə bilərsiniz.
Bundan başqa Komissiyanın işçi qruplarının onlayn və üz-üzə keçirilən iclaslarında iştirak edə və işçi qruplarının fəaliyyəti ilə bağlı təkliflər göndərə bilərsiniz.
Sistemdən istifadə etmək üçün https://azranking.az/protocols-announcements veb səhifəsinə daxil olaraq «Elektron məlumatlandırma» düyməsinə vurmaqla açılan pəncərəyə elektron poçt ünvanınızı daxil edib, 2-ci sətirdə müvafiq işçi qrupunun və ya qrupların üzərinə vurmaqla işçi qruplarının adlarını siyahıya əlavə edə bilərsiniz.
Hər iki sütunda zəruri məlumatlar qeyd edildikdən sonra pəncərənin sol aşağı hissəsində “Təsdiq et” düyməsini vurmaqla müraciətin göndərilməsi tamamlanır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib