“Sağlam həyat tərzi” üzrə İşçi qrupun 2024-cü ilin birinci yarısına dair iclası keçirilib
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində “Vətəndaşların sağlam həyat tərzi” məqsədi üzrə ilin birinci yarısında görülmüş işlər “Sağlam həyat tərzi” İşçi qrupu tərəfindən müzakirə edilib.
İşçi qrupun sədri, səhiyyə nazirinin müavini Nadir Zeynalov Strategiya çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, aidiyyatı orqanların bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
İşçi qrupun sədr müavini, İİTKM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə sənədin 2024-cü ilin birinci yarısı üzrə icrasına dair hazırlanmış hesabatı təqdim edib. O, “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin yeddi fəaliyyət istiqaməti üzrə aparılmış monitorinq və qiymətləndirmənin nəticələrini, həmçinin qeydə alınan çağırışları və tövsiyələri diqqətə çatdırıb.
Daha sonra İşçi qrupun üzvləri çıxış ediblər, təklif və iradlarını dilə gətiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır