Ramil Hüseyn “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə monitorinq və qiymətləndirmə nəticələrini təqdim edib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı üzrə” əlaqələndirmə qrupunun onlayn formatda iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.
İclasda əlaqələndirmə qrupunun 2024-cü il üzrə Yol Xəritəsinə uyğun olaraq Dövlət Proqramının icrası çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən hazırlanmış və Komissiyanın müvafiq işçi qruplarında özəl sektorla müzakirəyə çıxarılması nəzərdə tutulan müvafiq sənəd layihələri barədə təqdimatlar edilib. Bildirilib ki, yeni layihələrin Komissiyanın aidiyyəti işçi qruplarının iclaslarında da müzakirəyə çıxarılması, praktik təcrübələrə əsaslanaraq özəl sektor, konsaltinq şirkətləri və biznes assosiasiyaları tərəfindən Komissiyanın rəqəmsal platforması vasitəsilə bu təklif və layihələrə özəl sektorun inkişafına yönəlmiş dəstəkləyici tövsiyələrin təqdim olunması müvafiq Tədbirlər Planının daha effektiv və keyfiyyətli icrasına töhfə verə bilər.
Tədbirdə həmçinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib.
Görüşdə Əlaqələndirmə qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib, suallar cavablandırılıb.
Məlumat üçün qeyd edək ki, Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı üzrə” əlaqələndirmə qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır