Ramil Hüseyn müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda respublika elmi-praktik konfransında çıxış edib. "Azərbaycanın iqtisadi təhlükəsizliyinin yaşıl enerjiyə keçid vasitəsilə gücləndirilməsi" mövzusunda çıxış edən R.Hüseyn bildirib ki, Azərbaycanın quruda və dənizdə bərpa olunan enerji mənbələrinin texniki potensialı 292 GVt-dan çoxdur. Azərbaycan Respublikası yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində həyata keçirdiyi tədbirlər vasitəsilə həm enerji təhlükəsizliyini gücləndirməyi, həm də enerji keçidini sürətləndirməyi hədəfləyir.
Konfransda müasir iqtisadi trendlər, rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri, sənaye və tikinti sektorlarında iqtisadi təhlükəsizliyin gücləndirilməsi yollarından da danışılıb. Eyni zamanda iştirakçılar iqtisadiyyatın müxtəlif sahələrində mövcud olan təhlükəsizlik məsələlərini təhlil edərək, bu məsələlərin gələcək təsirlərini nəzərdən keçiriblər.
Konfransda dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun nümayəndələri, tanınmış alimlər, iqtisadçılar və mütəxəssislər iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib