Ramil Hüseyn: İİTKM: "Ötən il öncədən müəyyənləşdirilən iqtisadi hədəflərə nail olunub"
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun icraçı direktorunun müavini Ramil Hüseyn Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi makroiqtisadi göstəriciləri şərh edərkən bildirib.
Xatırladaq ki, dövlət başçısı ötən ili iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirib.
"İlk olaraq, ötən ilin iqtisadi göstəriciləri “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası baxımından da mühüm əhəmiyyət daşıyıb. Bildiyiniz kimi, Strategiyada Azərbaycan iqtisadiyyatının hər il orta hesabla 3-4%, o cümlədən qeyri-neft ümumi daxili məhsulunun (ÜDM) illik orta hesabla 5% artması hədəflənir. Məhz 2024-cü ildə bu hədəflərə nail olunub və uğurlu nəticələr əldə edilib. Yola saldığımız ildə ÜDM 4%-dən, qeyri-neft ÜDM-i isə 6%-dən çox artıb. Həmçinin qeyri-neft sənaye sektorunda 7%-lik artıma nail olunub. Bu tendensiyanın 2025-ci ildə davam etdirilməsi Azərbaycanın 2026-cı ilə olan hədəflərinin reallaşdırması baxımından önəmlidir”, - deyə R.Hüseyn qeyd edib.
O, vurğulayıb ki, Prezident çıxışında neft sektorunda hasilatın sabitlənməsi ilə bağlı da ciddi bir məqama toxunub: “Dövlət başçısı xüsusi ilə qeyd etdi ki, göstərilən səylər nəticəsində neft hasilatında azalmanın qarşısı alınacaq və neft hasilatı sabit qalacaq. Neft hasilatının sabit saxlanılmasına nail olmaq Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətə malikdir. Yəni qarşıdakı illərdə ÜDM-də artım dinamikasının davamlılığı baxımdan bu, mühüm məqamdır”.
R.Hüseyn onu da deyib ki, dövlət başçısının çıxışında Azərbaycanın iqtisadi sahədəki 2026-cı ilə olan hədəflərinin bir neçəsinə artıq 2024-cü ildə nail olduğu aydınlaşıb: “2026-cı ilin sonuna xarici dövlət borcunun ÜDM-də payının isə 10 % ətrafında saxlanılması hədəflənir. Cənab Prezident qeyd edib ki, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 %-ni təşkil edir. Eyni zamanda 2024-cü il ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard ABŞ dollarından çox artaraq 72 milyard ABŞ dollarına çatıb. Bunun özü də ölkəmizin iqtisadi cəhətdən 2024-cü ildə daha da güclənməsindən xəbər verir. Xüsusən də 2025-ci ildə icmal büdcəmizin 48 milyard manat təşkil etməsi də iqtisadi imkanlarımızın artmasının göstəricidir”.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu