Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun video-konfrans formatında növbəti iclası keçirilib. İclasda Əlaqələndirmə qrupunun üzvləri ilə yanaşı, Komissiyanın aidiyyəti işçi qruplarının, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Əlaqələndirmə qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. İclasda resurslardan daha səmərəli istifadənin, reallaşdırılmış islahatlar barədə beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün qlobal təşkilatlarla koordinasiyanın gücləndirilməsinin önəmi vurğulanıb.
Komissiyanın Katibliyinin rəhbəri, Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Qlobal İnnovasiya İndeksində Azərbaycanın göstəricilərinin yaxşılaşdırılması üçün işçi qrupları arasında qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin artırılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov təmsil edib.
İclasda işçi qruplarının nümayəndələri tərəfindən Qlobal İnnovasiya İndeksinə dair fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlər və gözləntilər barədə məlumat verilib. Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin təhlili, İndeksdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına dair tövsiyələri əhatə edən təqdimatlar edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib