“QLOBAL İNNOVASİYA İNDEKSİ 2019” da Azərbaycanın mövqeyinə dair müzakirə keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “QLOBAL İNNOVASİYA İNDEKSİ 2019” -da Azərbaycanın mövqeyi ilə bağlı müzakirə keçirilib. Müzakirədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyatı işçi qruplarının rəhbərləri və nümayəndələri iştirak edib. Qeyd olunan reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün görülən işlər barədə dolğun məlumatların toplanılması, innovasiyanın inkişafı prosesində iştirak edən qurumların lazımı səviyyədə əlaqələndirilməsi və gələcək islahat tədbirləri haqqında müzakirələr aparılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi modelə keçid əsasında aparılan iqtisadi islahatlarda qlobal innovasiyalar trendinə uyğunlaşma prioritet təşkil edir. O, Strateji Yol Xəritələrində də innovasiya yönümlü inkişafa xüsusi yer verildiyini, elektron hökümət və elektron məhkəmə, habelə təhsil və elm sahəsində görülən işlərdən danışıb: “Cənab Prezidentin tapşırığına uyğun olaraq nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə innovasiya strategiyası hazırlanır, innovativ inkişaf sahəsində koordinasiya gücləndirilir, Dünya İqtisadi Formunun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq qurulub, İnnovasiyalar Agentliyi fəaliyyətə başlayıb, EnterpriseAzerbaijan.com portalı və digər inkubasiya və akselerasiya mərkəzləri innovativ startapları dəstəkləyir. Bütövlükdə innovasiya ekosisteminin inkişaf etdirilməsi “Qlobal İnnovasiyalar Hesabatı”nda Azərbaycanın mövqelərinin güclənməsinə zəmin yaradacaq. Bunun üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.”
Azexport portalının rəhbəri Zaur Qardaşov müzakirə zamanı “Qlobal İnnovasiya İndeksi 2019” -da Azərbaycan Respublikasının mövqeyi və gələcək addımlar mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, Azərbaycanın mövqeyini digər ölkələrə müqayisə etdikdə irəliləmək üçün potensialın olduğu aydınlaşır. Xüsusən innovasiya sahəsində son illərdə yaradılan infrastruktur və investisiya mühiti bunu deməyə əsas verir.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” ABŞ-ın Nyu-York ştatının İtaka şəhərində yerləşən Kornell Universiteti (Cornell University) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization-WIPO) tərəfindən hazırlanır. 129 ölkəni əhatə edən bu reytinq geniş məlumatlar spektrini ehtiva edən 80 indikator əsasında tərtib olunur.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu