“Qiymət İzləmə Tətbiqi”nin yaradılması ilə bağlı alt işçi qrupun ilk iclası keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə “Qiymət İzləmə Tətbiqi” (QİT) ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə alt işçi qrupun ilk iclası keçirilib. Görüşdə “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrupun dekabr ayında keçirilmiş iclasının nəticəsi olaraq aidiyyəti dövlət qurumlarına verilmiş tapşırıqların icrası istiqamətində müzakirələr aparılıb.
İclasda İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və müşaviri Ayaz Müseyibov QİT-in əsas prinsiplərinə dair ilkin metodoloji çərçivə haqqında məlumat veriblər. Bundan başqa, yaradılması nəzərdə tutulan rəqəmsal qiymət izləmə platformasının texniki sənədinin hazırlanması, müvafiq qurumlarla birgə məlumatların vahid bazaya inteqrasiya olunması, layihənin icrası çərçivəsində nəzərdə tutulan tədbirlər planı istiqamətində fikir mübadiləsi aparılıb və layihənin icrasını sürətləndirmək üçün növbtəti addımlar müəyyən edilib.
İclasda Nazirlər Kabineti, Maliyyə, Kənd Təsərrüfatı, Energetika, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Gömrük və Statistika komitələri, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib