“Qida təhlükəsizliyi” adlı dərsliklə bağlı görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi (İİTKM) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan “Qida təhlükəsizliyi” adlı dərsliklə bağlı onlayn görüş keçirilib.
Çıxış edən İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı bildirib ki, ölkədə qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə hazırlanan kitab aktual məsələləri əhatə edir. Burada qida təhlükəsizliyinin əsas prinsipləri, beynəlxalq mexanizmlər – “HACCP” sistemi, “Codex Alimentarius” normaları, sanitar-fitosanitar tələblər, eləcə də gündəlik həyatda istifadə olunan qida məhsullarına dair təhlükəsizlik standartları izah olunur. Bundan əlavə, dərslikdə qida mənşəli xəstəliklərin insan sağlamlığına və iqtisadiyyata təsirləri, ərzaq israfının nəticələri və qarşısının alınması yolları sadə və anlaşıqlı şəkildə təqdim ediləcək.
Görüşdə kitabın gələcək istifadəsi və tədris proqramlarında tətbiqi müzakirə olunub. Dərslik qida mühəndisliyi, kənd təsərrüfatı, biotexnologiya və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün əsas baza vəsaiti olmaqla yanaşı, gələcəkdə onların peşə fəaliyyətində praktik bilik və bacarıqların formalaşmasına xidmət edəcək.
Dərsliyin hazırlanmasına AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və UNEC-dən müəlliflər cəlb edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib