
“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Mərkəzi Bankın rəhbərliyini həyata keçirdiyi “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim edildi və müzakirələr aparıldı.
Fəaliyyət Planında KOS-ların maliyyələşdirilməsi, bazar kapitallaşması, bank və sığorta sahəsi, kredit portfelində qeyri-işlək kreditlərin çəkisi, startaplar üçün maliyyə əlçatanlığı, özəl sektora daxili kredit qoyuluşları, mikromaliyyə təşkilatları tərəfindən verilən kreditlər və digər aidiyyəti tədbirlər barədə görüş iştirakçıları məlumatlandırıldı.
Eyni zamanda, tədbirdə Yol Xəritəsində kreditləşmə, elektron ödənişlər, yaşıl maliyyə, kredit büroları və yüklülük reyestrlərinin fəaliyyəti kimi mühüm tədbirlərin icra vəziyyəti müzakirə olundu. Həmçinin, işçi qrupunun 18 iyul 2024-cü il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair məlumat verildi. "Business Ready" hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə sorğunun nəticələrinə dair fikir mübadiləsi aparıldı.
İclasda işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsinin təqdimatı edildi. Bildirildi ki, layihə müvafiq sahənin dərin diaqnostikası əsasında bençmarklar əsas götürülməklə hazırlanmaqdadır.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və özəl sektorun işçi qrupunda təmsil olunan üzvləri iştirak etdi.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupuna rəhbərliyi Mərkəzi Bank həyata keçirir.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir