Laçın Beynəlxalq Hava Limanı strateji önəm kəsb edir
28 May- Azərbaycanın Müstəqillik Günündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkəmizin doqquzuncu beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov bildirib ki, Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyəti olduqca böyükdür. Laçın şəhəri həm Ermənistan sərhədinə, həm də işğaldan azad edilmiş bir çox ərazilərə yaxındır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına, regionda istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışına öz töhfəsini verəcək.
2021-ci ilin avqust ayında bünövrəsi qoyulan Laçın Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Hava limanı Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə inşa edilib və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biridir. Laçın Beynəlxalq Hava Limanında yaradılmış şərait Beynəlxalq mülki hava daşınmalarına dair tələbləri müəyyənləşdirən ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
İİTKM-in şöbə müdiri qeyd edib ki, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə hava hava daşımalarının inkişafı milli iqtisadiyyatın mühüm istiqamətlərindən birini təşkil edir. Hava nəqliyyatının inkişafı həm sərnişin, həm də yük daşımalarının artırılmasına yönəlib. Bu sahədə görülən işlər müxtəlif istiqamətləri əhatə edir ki, bunun da əsasını yeni hava limanlarının tikintisi və modernləşdirilməsi, yeni hava daşıma marşrutlarının açılması, hava daşınmalarında rəqəmsallaşmanın tətbiqi təşkil edir.
Prezident İlham Əliyevin 2025-ci il 12 mart tarixli sərəncamı ilə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilib. Bu proqram qeyd olunan sahədə nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsinə səbəb olacaq. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə proseslər asanlaşdırılacaq və əməliyyatların səmərəliliyinin artırılmasına nail olunacaq, sərhədlərin təhlükəsizliyi gücləndiriləcək, ticarət və turizmin inkişafına, bununla da iqtisadi inkişafa və məşğulluğa töhfə veriləcək, keyfiyyətli aviasiya xidmətlərinin əlçatanlığı təmin olunacaq.
Aqil Əsədov vurğulayıb ki, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ölkəmizin imkanlarını daha da artıraraq Azərbaycanın hava daşımaları üzrə də bir HUB-a çevrilməsinə təkan verəcək. Şübhəsiz ki, hava limanları bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıqları da genişləndirməyə şərait yaradacaq. Bu, beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə və təhlükəsizlik səviyyəsini artırmağa kömək etməklə, hava nəqliyyatı sahəsində əlavə marşrutların açılması və uçuş coğrafiyasının genişləndirilməsi, ekoloji baxımdan təmiz texnologiyaların tətbiqi, regionlarda hava limanlarının potensialının artırılması, hava limanlarının logistik mərkəzlərə çevrilməsi kimi istiqamətlərdə də mühüm töhfələr verəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib