Kiçik və Orta Sahibkarlıq üzrə alt işçi qrupunun toplantısı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Kiçik və Orta Sahibkarlıq üzrə alt işçi qrupunun toplantısı keçirilmişdir. Müzakirələrdə Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, AMCHAM, Azərbaycan Banklar Assosiasiyası, Auditorlar Palatası, Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycan Sığortaçılar Assosiasiyası və digər qurumların nümayəndələri iştirak etmişdilər. Alt işçi qrupunun toplantısında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı mövzusunda fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçıları kiçik biznesin maliyyələşdirilməsi, İnkişaf Bankının yaradılması imkanlarının araşdırılması, kiçik biznesə dəstək üçün avadanlıq və texnologiyanın icarəyə verilməsi, qeyri-vergi ödəmələri üzrə kiçik biznes subyektlərinə güzəştlərin verilməsi, kiçik və orta biznesin dövlət bələdiyyə, dövlət korporasiyalarının sifarişlərinin yerinə yetirilməsində iştirakının dəstəklənməsi, kiçik və orta müəssisələrin vahid reyestrinin və dövlət köməyinin uçotunun aparılması, kiçik və orta biznes üçün girovsuz kredit sisteminin tətbiqi və s. məsələlərlə bağlı təkliflər vermişlər.
Bütün təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üzrə İşçi Qrupuna təqdim edilmişdir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib