Kənd təsərrüfatı kooperasiyası haqqında qanun qüvvəyə mindi
Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev 18 iyul 2016-cı il tarixində “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016 cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb. Kənd təsərrüfatının inkişafında xüsusi rol oyanacaq bu qanunun məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Yeni qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan verməklə yanaşı, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarının qorunmasında mühüm rol oynayacaq.
Məsələyə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn bildirmişdir ki, kənd təsərrüfatı sahəsində kooperativləri yaradılması zamanın tələbidir və belə bir qanunun qəbulu aqrar sahənin inkişafına müsbət təsir göstərəcək. Məlumat üçün qeyd edim ki, ölkədə kənd təsərrüfatı sahəsinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə mane olan problemlər sırasında kiçik torpaq sahibliyi və kiçik ailə-kəndli təsərrüfatları məsələsi xüsusi təsirə malikdir. Kənd Təsərrüfatı Nazirliyinin 2015-ci il üzrə subsidiya alan təsərrüfatlarla bağlı məlumatını təhlil edəndə aydın olur ki, respublika üzrə təsərrüfatların 50,08 faizinin əkin yeri 2 hektardan aşağıdır. Respublika üzrə əkin yeri 5 hektardan az olan təsərrüfatlar isə bütün təsərrüfatların 88,09 faizini təşkil edir. Bu kiçik təsərrüfatlar respublika üzrə əkin yerinin 49.5 faizinə sahibdirlər.
Respublika üzrə 50 hektardan çox torpaq sahəsi olan təsərrüfatlar cəmi təsərrüfatların 0.4 faizini təşkil edir və əkin yerlərinin isə 17.6 faizi iri təsərrüfatların payına düşür. Hazırda kiçik təsərrüfatların təşkilatlanma səviyyələrinin çox aşağı olması onların istər resurslara olan tələbatlarının ödənilməsində, istərsə də bazara çıxış məsələsində də ciddi çətinliklər yaradır.
Məhz "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun da, onların könüllü sürətdə birləşməsinə xidmət etməklə yanaşı bazara çıxış imkanlarını da gücləndirəcək. Belə ki, qanuna əsasən kooperativlərin nəzdində fermer mağazaları, yaşıl marketlər, kooperativ bazarlar, topdansatış mərkəzləri təşkil ediləcəkdir. Prezidentin fərmanında Nazirlər Kabinetinə 3 ay müddətində kənd təsərrüfatı məhsulları bazarlarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi və kənd təsərrüfatı kooperativlərinin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydalarının müəyyənləşdirməsi ilə bağlı tapşırığın verilməsi də bu məqsədə xidmət edir.
Digər tərəfdən kiçik təsərrüfatlarda təşkilatlanmanın zəif olması onların aqrar sahənin inkişafı ilə bağlı siyasətin formalaşmasında passiv iştirak etmələrinə səbəb olur. Kooperativlərdə birləşən kəndlilər isə bu sahənin inkişafı ilə bağlı siyasətin formalaşmasında aktiv iştirak imkanı qazanacaqlar.
Azərbaycan Respublikasının prezidentinin fərmanında ən mühüm məqamlardan biri isə Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020- ci illər üçün Dövlət Proqramı"nın layihəsini 3 ay müddətində hazırlamağı tapşırmasıdır. Yeni tələblərə cavab verəcək bu Dövlət Proqramı beynəlxalq praktikada olan yaxşı təcrübədən respublikada istifadəsinə, kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaraması prosesinin sürtləndirilməsinə təkan verəcək. Şübhəsiz ki, sözügedən Dövlət Proqramının təbdirlər planında dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükü, kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi, kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi və sair məsələlər əksini tapacaq.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise