“İxrac icmalı”nın iyul sayının ilkin rəqəmləri açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayının ilkin rəqəmlərini təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan
məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.
2025-ci ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib