“İxrac icmalı”nın avqust sayının ilkin rəqəmləri açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında yeyinti məhsulları 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.
2025-ci ilin yanvar-iyul aylarında aqrar məhsullar 27.9% artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,3% artaraq 178.8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22.1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib