
“İxrac icmalı”nın aprel ayı üçün ilkin rəqəmləri açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın aprel sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771,9 milyon ABŞ dolları təşkil edib. Cari ilin ilk üç ayında yeyinti məhsullarının ixracı 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon ABŞ dolları və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon ABŞ dolları və ya 76,8%, kimya sənayesi məhsulları 21,9 milyon ABŞ dolları və ya 33,4%, şəkər 976,3 min ABŞ dolları və ya 18,8%, meyvə-tərəvəz 20,8 milyon ABŞ dolları və ya 15,7%, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon ABŞ dolları və ya 10,2%, spirtli və spirtsiz içkilər 724 min ABŞ dolları və ya 5,7%, çay 74,1 min ABŞ dolları və ya 5,1%, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min ABŞ dolları və ya 4,2%, pambıq iplik 22,1 min ABŞ dolları və ya 0,4% artıb.
2025-ci ilin yanvar-mart aylarında ixrac olunan aqrar məhsullar 12,3% artaraq 170,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 17,6% artaraq 69,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8% artaraq 239,6 milyon ABŞ dolları təşkil edib.



Ekspert yazıları
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”