İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi BDU ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU rektoru Elçin Babayev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə BDU təhsil, elmi-tədqiqat, innovasiya, insan kapitalının inkişafı, strateji kommunikasiya, davamlı inkişaf sahələrində əməkdaşlıq edəcək, çoxsaylı layihələr həyata keçirəcək.
Memorandum çərçivəsində milli iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ortaq tədqiqatlar aparılacaq, Universitetin elmi potensialı Mərkəz tərəfindən aparılan islahatların təhlilində istifadə olunacaq. Universitetin tələbə və tədqiqatçıları üçün Mərkəzdə təcrübə proqramları, mentorluq, seminar və təlim proqramları təşkil ediləcək. Məlumat və resurs mübadiləsi çərçivəsində açıq məlumat bazalarının, analitik hesabatların və iqtisadi təhlillərin paylaşılması, strateji sənədlər və dövlət proqramlarının elmi əsaslandırılması məqsədilə tövsiyələrin hazırlanması, davamlı inkişaf, yaşıl iqtisadiyyat və sosial rifah mövzularında ekspert müzakirələri və dəyirmi masaların təşkili, rəqəmsal iqtisadiyyat sahəsində ortaq təşəbbüslər və pilot layihələrin, startapların dəstəklənməsi də əməkdaşlıq ediləcək sahələr sırasındadır.
Bununla yanaşı, tərəflər strateji kommunikasiya və ictimai rəyin öyrənilməsi üzrə də sıx əməkdaşlıq edəcəklər. Bu çərçivədə iqtisadi islahatların ictimai təsirlərinin öyrənilməsi üzrə sorğular və sosial tədqiqatların keçirilməsi, birgə məlumatlandırma kampaniyalarının təşkili nəzərdə tutulur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib