“İqtisadi islahatlar” jurnalı ABŞ və Almaniyanın beynəlxalq elmi bazalarında indeksləşdirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı ABŞ-ın OpenAlex elmi bazasında və Almaniyanın Regensburg University Library tərəfindən idarə olunan Elektron Jurnallar Kitabxanası (EZB) sistemində indeksləşdirilib. Bu nailiyyət jurnalın qlobal akademik mühitdə tanınmasını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, elmi məqalələrin sitatlarının izlənməsi və tədqiqatların təsirinin qiymətləndirilməsi üçün yeni imkanlar yaradır.
Xüsusilə, OpenAlex kimi açıq elmi məlumat bazasında təmsil olunmaq jurnalın beynəlxalq elmi dövriyyədə iştirakını gücləndirir. EZB platformasında yer alma isə nəşrin Avropa akademik kitabxana şəbəkəsində əlçatanlığını genişləndirir və tədqiqatçılar üçün daha asan istifadə imkanları yaradır.
Jurnalın OpenAlex platformasında yerləşdirilmiş elmi işi:
https://openalex.org/works/W4414062418
EZB sistemində jurnalın profili: https://ezb.ur.de/detail.phtml?jour_id=651062&lang=en
Qeyd edək ki, jurnalın Scopus başda olmaqla digər nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşdirilməsi istiqamətində işlər davam etdirilir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib