“İqtisadi islahatlar” elmi-analitik jurnalının 10-cu sayı nəşr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının onuncu sayı nəşr olunub. Jurnalın bu sayından etibarən çap olunan məqalələr üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI - Digital Object Identifier) alınıb.
Jurnalın onuncu sayında 10 elmi-analitik məqaləyə yer verilib: “Süni intellektin ictimaiyyətlə əlaqələr işinin təşkilində tətbiqi”, “Azərbaycanda xarici ticarət dövriyyəsinin iqtisadi artıma təsiri: Kointeqrasiya testi və VECM Granger səbəbiyyət əlaqəsi”, “Strateji mallarla ticarətə nəzarət sisteminin strukturu və onun təkmilləşdirilməsi yolları”, “Azərbaycan Respublikasında kiçik və orta biznesin inkişafında islam maliyyə alətlərindən istifadənin əhəmiyyəti”, “Konsessiya dövlət-özəl tərəfdaşlığının ən geniş yayılmış mexanizmi kimi”, “İqtisadi inkişaf mərhələlərində dövlətin dəyişən rolu: fordizm və postfordizm”, “Davamlılığa doğru irəliləyiş: Azərbaycanın gələcəyi üçün ESG çərçivəsinin hazırlanması”, “Resursla zəngin ölkələrdə fiskal siyasət çağırışları”, “Səhiyyə müəssisələrində rəqabət və bazara çıxış strategiyaları necə hazırlanır?”, “Tikinti sənayesi məhsulunun keyfiyyətinin yüksəldilməsi zamanı yaranan xərclər”.
Qeyd edək ki, “İqtisadi islahatlar” elmi-analitik jurnalında çap edilən elmi-analitik məqalələri maraqlı şəxslər www.journal.ereforms.org səhifəsindən oxuya, yaya, elektron cihazlarına yükləyə və öz tədqiqatlarında istinad verməklə istifadə edə bilərlər.
Sonda məlumat üçün bildirək ki, artıq “İqtisadi islahatlar” elmi-analitik jurnalının 11-ci sayı üçün məqalə qəbuluna başlanılıb. Jurnalda məqalə çapı ödənişsizdir və tədqiqatçılar yazdıqları məqaləni onlayn qaydada təqdim edə bilərlər (https://journal.ereforms.org/az/submit-article).








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib