“İqtisadi artım” üzrə işçi qrup 2025-ci ilin monitorinq nəticələrini müzakirə edib
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəfə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Strategiyanın 2025-ci il üçün hədəflərinin icrasına dair monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
İclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. Nazir müavini işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə görülmüş işləri diqqətə çatdırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Strategiya çərçivəsində 2025-ci il ərzində görülmüş işlərə dair monitorinq və qiymətləndirmə hesabatını təqdim ediblər.
İcraçı qurumların nümayəndələri ilə hesabat dövründə qeydə alınan məsələlər müzakirə edilib, növbəti dövr üçün əsas hədəflər müəyyənləşdirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib