“İqtisadi artım” kitabı nəşr edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının “İqtisadi artım” adlı kitabı işıq üzü görüb. Kitaba Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarı ilə dərslik statusu verilib. “İqtisadi artım” kitabı Azərbaycanın aparıcı korporativ bankı olan “PAŞA Bank”ın maliyyə dəstəyilə nəşr edilib. Kitabın əhəmiyyəti ondadır ki, həm dərslik olaraq ali məktəblərdə iqtisadi artım və iqtisadi inkişaf fənlərinin tədrisində və tədqiqatlarda yararlı olacaq, həm də iqtisadi siyasətin formalaşmasında iştirak edən şəxslər tərəfindən istifadə ediləcək. “İqtisadi artım” kitabı nəzəri-konseptual və praktik məsələləri əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyyələri təqdim edir.
Kitabda qeyd edilir ki, iqtisadi artım üçün sərmayənin rolu bəlli bir nöqtəyə qədərdir. Uzunmüddətli dönəmdə iqtisadi artımın drayveri investisiya, əmək resursları və təbii ehtiyatlar deyil, məhsuldarlıqdır, yalnız bu halda eyni həcmdə istehsal amili ilə daha çox iqtisadi artımı təmin etmək olar. Əgər iqtisadiyyat səmərəli fəaliyyət göstərsə, sərmayəni də, ixtisaslı əməyi də cəlb edəcək. Bunun üçün ölkədə sabitlik, institutların keyfiyyəti, insan kapitalı, infrastruktur, əlverişli biznes mühiti, bazarlara çıxış, qlobal dəyər zəncirlərində iştirak, inkişafı tətikləyən mədəni kodlar, mədəni-etnik müxtəliflik, identiklik, narrativlər, davranış iqtisadiyyatı və sosial kapital kimi amillər nəzərə alınmalıdır. Hər bir ölkə sadalanan amillərdən yalnız özünəməxsus "buket" hazırlamaqla iqtisadi artımı təmin edə bilər.
“İqtisadi artım” kitabının xarici və yerli beyin mərkəzləri və universitetlərdə, habelə beynəlxalq qurumlar və biznes dairələrində təqdimatlarına start verilib.
Kitabın qısa məzmunu ilə bu linkdən tanış olmaq mümkündür: https://bit.ly/3C8iyWd









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib