“İqtisadi artım" İşçi qrupunun növbəti iclası keçirilib
2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı yaradılmış “İqtisadi artım" İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda İşçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sosial-iqtisadi inkişaf Strategiyası üzrə həyata keçirilən tədbirlərin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. İşçi qrupun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu layihələr üzrə görülmüş işlər diqqətə çatdırılıb.
İclasda İşçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə işlərin icrası ilə bağlı qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb. İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Səhiyyə nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Turizm Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatları dinlənilib və işlərin icrası ilə bağlı təkliflər verilib.
İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Rəşad Hüseynov Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə görülmüş işlər, eyni zamanda gələcək planlar barədə danışıb.
İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edək ki, “İqtisadi artım" İşçi qrupu “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri üzrə nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib