“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədi: “Yaradıcı və İnnovativ Cəmiyyət” üzrə tədbirlərinin 2025-ci ilin I yarımili üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən aparılmış monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
Onlayn iclasda qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək keyfiyyətli icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib. Eyni zamanda, icrası tamamlanmamış tədbirlərlə bağlı qarşıya çıxan çətinliklər nəzərdən keçirilib və onların cari ilin sonunadək yekunlaşdırılmasına dair müvafiq təkliflər və tapşırıqlar verilib.
İİTKM tərəfindən aparılmış monitorinq və qiymətləndirmənin ilkin nəticələrinə əsasən, 2025-ci ildə müəyyən edilmiş hədəflər üzrə işlərin aralıq nəticə indikatoru üzrə icra faizi 65% təşkil edib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlərinin tam və vaxtında icrasını təmin etmək və aidiyyəti dövlət qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə müxtəlif işçi qrupları, o cümlədən Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi istiqamətində “İnnovasiya” işçi qrupu yaradılıb.
“İnnovasiya” işçi qrupuna Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sədrlik edir və işçi qrupda İİTKM, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın rəhbər şəxsləri təmsil olunurlar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib