“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Strategiyanın 2024-cü il üzrə hədəflərinin icrasına dair aparılmış monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
İclasda açılış nitqi ilə çıxış edən İşçi qrupun sədri, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iclasın gündəliyi və məqsədi, işçi qrupun fəaliyyəti, 2024-cü ildə görülən işlər barədə fikirlərini bildirib. Daha sonra çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov 2024-cü ildə icra edilən tədbirlərin monitorinq və qiymətləndirmə nəticələrinə dair məlumat verib.
“İnnovasiya” İşçi qrupunun sədr müavini, İİTKM-nin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov 2024-cü il üçün monitorinq və qiymətləndirmə hesabatı əsasında hazırlanmış təqdimat ilə çıxış edərək konkret indikatorlar üzrə görülmüş işlər, nəticələr, çətinliklər və tövsiyələri diqqətə çatdırıb.
İcraçı dövlət qurumlarından 60-a yaxın iştirakçının qatıldığı iclasda hesabat geniş müzakirə edilib, qarşıya qoyulmuş vəzifələrin vaxtında və daha keyfiyyətlə icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İnnovasiya” İşçi qrupu da bu çərçivədə Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.
“İnnovasiya” İşçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib