İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə 16 sentyabr 2026-cı il tarixində Gülüstan sarayında “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək.
“Türk Dövlətləri Təşkilatında iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi sistemdə baş verən transformasiyalar fonunda Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlının çıxışları nəzərdə tutulur.
Tədbir yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirəcək. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.
Konfrans proqramına uyğun olaraq üç əsas panel təşkil olunacaq. Birinci paneldə Orta Dəhlizin regional inteqrasiya və infrastruktur əsaslı inkişafın katalizatoru kimi rolu, ikinci paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf potensialı, üçüncü paneldə isə dayanıqlı inkişaf naminə innovasiya, iqtisadi transformasiya, rəqəmsallaşma və süni intellekt əsaslı inkişaf modelləri müzakirə ediləcək. Panel sessiyalarında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin aparıcı beyin mərkəzlərinin rəhbərləri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış edəcəklər.
“Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nın nəticələrinin Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, ortaq iqtisadi məkanın formalaşmasına, tədqiqat və innovasiya əməkdaşlığının genişlənməsinə, eləcə də "Türk Dünyası Vizyonu–2040" sənədində müəyyən edilmiş strateji hədəflərin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.
Konfrans haqqında ətraflı məlumat və qeydiyyat üçün: https://turkicthinktanks.ereforms.org/






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır