İİTKM-in nümayəndəsi Qazaxıstanda kapital axınlarının idarə olunmasına dair beynəlxalq təlimdə iştirak edib

İİTKM-in nümayəndəsi Qazaxıstanda kapital axınlarının idarə olunmasına dair beynəlxalq təlimdə iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq təlimdə iştirak edib.

Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin (CCAMTAC), Fondun Pul və Kapital Bazarları Departamentinin və Hüquq Departamentinin əməkdaşlığı ilə keçirilən təlim “BVF-nin siyasətləri çərçivəsində valyuta nəzarəti, kapital axınlarının idarə edilməsi və liberallaşdırılması” mövzusuna həsr olunub.

Təlimdə valyuta nəzarətinin iqtisadi və hüquqi əsasları, kapital axınlarının idarə olunması alətləri və liberallaşdırma prosesinə dair BVF-nin yanaşmaları nəzərdən keçirilib. Proqram beynəlxalq maliyyə inteqrasiyasının yaratdığı imkanların və risklərin qiymətləndirilməsi, eləcə də müvafiq iqtisadi siyasət qərarlarının hüquqi-tənzimləyici çərçivə ilə əlaqəli təhlili üçün biliklərin genişləndirilməsinə yönəlib.

Praktiki tapşırıqlar və situasiya təhlilləri nəzəri yanaşmaların konkret iqtisadi şəraitə tətbiqini müzakirə etməyə imkan verib. Bu format kapitalın hərəkəti ilə bağlı qərarların qiymətləndirilməsində iqtisadi məqsədlərin, institusional imkanların və hüquqi öhdəliklərin birlikdə nəzərə alınmasının əhəmiyyətini önə çıxarıb.

İİTKM-in nümayəndəsi Qazaxıstanda kapital axınlarının idarə olunmasına dair beynəlxalq təlimdə iştirak edib