İİTKM-də Zəfər Günü münasibətilə tədbir keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı Zəfər Gününün Azərbaycan tarixində siyasi, hərbi və mənəvi əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu tarix yalnız hərbi Qələbənin rəmzi deyil, həm də milli dövlətçilik iradəsinin, xalq-iqtidar birliyinin və müstəqil inkişaf strategiyasının təntənəsidir. Zəfər Azərbaycanın öz milli maraqlarını təmin etmək, ərazi bütövlüyünü bərpa etmək və regionda yeni geosiyasi reallıqlar formalaşdırmaq əzminin tarixi ifadəsidir.
Şuşanın azad edilməsi ilə simvollaşan Zəfər tarixi ədalətin bərpası ilə yanaşı, regionda yeni əməkdaşlıq və inkişaf gündəliyinin formalaşmasına da yol açıb. 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpası isə bu tarixi prosesin məntiqi tamamlanması olub.
İcraçı direktor diqqətə çatdırıb ki, Zəfərin yaratdığı yeni reallıqların mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi və ölkə iqtisadiyyatına reinteqrasiyasıdır. Bu baxımdan, Böyük Qayıdış proqramı təkcə əhalinin doğma torpaqlarına qayıdışını deyil, həm də Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi və sosial inkişaf modelinin formalaşdırılmasını ehtiva edir.
Vüsal Qasımlı bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri ilə uzlaşır. Müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması, enerji potensialının inkişafı, sənaye və kənd təsərrüfatı imkanlarının genişləndirilməsi, turizm sektorunun təşviqi bu ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması üçün yeni perspektivlər açır. Xüsusilə, yaşıl enerji, rəqəmsallaşma və innovativ şəhərsalma yanaşmalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzurun gələcək iqtisadi inkişaf modelinin fərqləndirici xüsusiyyətlərini müəyyən edir. Beləliklə, Böyük Qayıdış həm də milli iqtisadiyyatın yeni inkişaf mənbələrinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Tədbirdə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, qazilərin və müharibə iştirakçılarının qəhrəmanlığı minnətdarlıqla anılıb.







Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır