İİTKM-in əməkdaşları süni intellekt üzrə beynəlxalq təlim proqramında iştirak ediblər

İİTKM-in əməkdaşları süni intellekt üzrə beynəlxalq təlim proqramında iştirak ediblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları Milli Süni İntellekt Mərkəzi (MSİM) və ABŞ-nin “State University of New York at Buffalo” Universitetinin “School of Management” məktəbinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq praktiki təlim proqramında iştirak ediblər.

Təlim Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası çərçivəsində təşkil olunub. Proqramda dövlət və özəl sektorun 180-dən çox nümayəndəsi iştirak edib.

İİTKM-in İnsan resursları üzrə meneceri Mətanət Rəsulova və Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli biznes analitikası sahəsində süni intellektin tətbiqi, Səmərəliliyin qiymətləndirilməsi sektorunun baş məsləhətçisi Könül Bədəlova təchizat zəncirinin idarə edilməsində süni intellektdən istifadə, Mərkəzin süni intellekt üzrə mütəxəssisi Emiliya Xıdırova isə maliyyə və mühasibatlıq sahəsində süni intellektin tətbiqi modulları üzrə təlimdə iştirak ediblər.

“State University of New York at Buffalo” Universitetinin “School of Management” məktəbinin dekanı, professor Anant Ayerin rəhbərlik etdiyi akademik nümayəndə heyətinin iştirakı ilə keçirilən təlimlər real biznes nümunələri, interaktiv müzakirələr və praktiki tapşırıqlar əsasında təşkil olunub.