İİTKM və Nottingem Universiteti arasında maliyyə innovasiyaları və tədqiqatlar üzrə əməkdaşlıq gücləndirilir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı Böyük Britaniyanın Nottingem Universitetinin nümayəndələrini qəbul edib. Görüşdə “Beynəlxalq Bankçılıq və Maliyyə Cəmiyyəti”nin (IFABS) prezidenti, “INFINITY” – İnklüziv Maliyyə Texnologiyaları Mərkəzinin həmtəsisçisi, professor Meryem Duygun və “Qlobal Bankçılıq və Maliyyə İnnovasiyaları Mərkəzi”nin həmtəsisçisi, professor Sanjay Banerji iştirak ediblər.
Vüsal Qasımlı Azərbaycanın makroiqtisadi çərçivəsi, pul-kredit siyasəti, fiskal və struktur islahatları barədə məlumat verib. O, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nda müəyyən edilmiş əsas məqsədləri və dövlət proqramlarının monitorinq və qiymətləndirmə sahəsində İİTKM-in tətbiq etdiyi rəqəmsal həllər və alətləri qonaqların diqqətinə çatdırıb. Müzakirələr əsasən rəqəmsal maliyyə, maliyyə texnologiyalarının inklüzivliyi, dayanıqlı maliyyə və inkişaf etməkdə olan bazarlarda risklərin idarə olunması sahəsində birgə tədqiqatlar üzrə davam etdirilib.
Qonaqlar İİTKM ilə əməkdaşlığı genişləndirmək, inklüziv maliyyə texnologiyaları, rəqəmsal innovasiyalar və iqlim maliyyəsi siyasəti üzrə birgə tədqiqat layihələri hazırlamaq niyyətlərini bildiriblər.
Daha sonra Nottingem Universitetinin professorları ilə İİTKM-in əməkdaşları arasında görüş keçirilib.
Tədbir çərçivəsində İİTKM-in Monitorinq və Qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə dövlət proqramlarının monitorinq və qiymətləndirmə prosesi və “Dövlət proqram idarəetməsində süni intellektin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O, proqramların icra vəziyyətinin qiymətləndirilməsi, effektivliyin artırılması məqsədilə tətbiq edilən metodologiyalar və layihələrin strateji istiqamətləri barədə ətraflı məlumat verib.
Nottingem Universitetinin professorları Meryem Duygun və Sanjay Banerji innovasiya və maliyyə sahəsində beynəlxalq təcrübələr, eləcə də universitet-sənaye əməkdaşlığının əhəmiyyəti barədə danışıblar. Qonaqlar həmçinin rəqəmsal transformasiya və maliyyə texnologiyalarının innovasiya ekosisteminə təsiri, eləcə də startap mühitinin dəstəklənməsi istiqamətində beynəlxalq yanaşmalarla bağlı təqdimatla çıxış ediblər.
Görüşdə İİTKM-in əməkdaşları ilə yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, "Yeni Fikir" MMC-dən və digər qurumlardan nümayəndələr iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib