İİTKM nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində görülən işlərlə tanış olublar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi məqsədilə regionlara səfər edirlər. Səfər çərçivəsində Strategiyada nəzərdə tutulan tədbirlərə və uğurla icra olunan layihələrə yerində baxış keçirilir.
Nümayəndə heyətinə İİTKM-lə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra qurumlarının əməkdaşları da daxildir.
Səfər çərçivəsində Şabran rayonunda Taxtakörpü su anbarı, suvarılan torpaqlar üçün mövcud suvarma kanallarının yaxşılaşdırılması, Quba rayonunda İçməli su təhcizatı üzrə 6.5 km magistral su kəməri və sutəmizləyici qurğu mərkəzi, Qudyalçay çayında sahilbərkitmə işləri, Qudyalçay kanalı üzərində suvarma sistemləri, avtomat stansiyalarda “doppler X band” radar sistemi, Qırmızı qəsəbədə yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi üzrə görülən işlərə baxış keçirilib.
Sonra Qusar rayonunda Samur-Abşeron kanalı, Xaçmaz rayonunda Vəlvələçay keçidində 1-ci Şollar su kəmərində sel sularından mühafizə sistemi, Qəbələ rayonunda Türyançay sol və sağ sahil kanallarının yenidən qurulması, Yengicə su anbarının tikintisi, Oğuz rayonunda Oğuz–Qəbələ–Bakı su kəməri, Əlicançay su anbarının tikintisi, Şəki rayonunda Kişçay və Qanıxçayın betonlanması və təmizlənməsi, təmir və modernizasiya işləri, dağ kəndlərində kəhriz bərpa işləri, Mingəçevir şəhəri Mingəçevir su anbarında və Şəmkir rayonu Şəmkirçay su anbarında həyata keçirilən yenidənqurma işləri ilə ətraflı tanışlıq olub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Milli Strategiya çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla icra olunur, irimiqyaslı layihələr üzrə işlər sürətlə davam edir.
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, bu sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.
Strategiyanın icrası çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, su təhlükəsizliyinin təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə prioritet istiqamətləri üzrə tədbirlər uğurla icra olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib