İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında tərəfdaşlıq imkanları müzakirə olunub.
Görüş Qətərdə fəaliyyət göstərən və müxtəlif sahələr üzrə investisiya layihələrini həyata keçirən “Licorne Gulf Holding” şirkəti nümayəndələri Irina Duisimbekova və Alexandre Katrangi ilə keçirilib. Görüşdə "Enterprise Azerbaijan" portalının nümayəndələri İsa Qasımov və Aydan Hüseynzadə iştirak ediblər. Onlar proqramın məqsədləri, mərhələləri, iştirakçıların seçimi meyarları, innovasiya ekosistemində yaradacağı əlavə dəyər və beynəlxalq bazarlara çıxış imkanları barədə ətraflı təqdimat ediblər.
Müzakirələr zamanı startapların beynəlxalq investisiya mənbələrinə çıxışı, yaşıl texnologiyalar və rəqəmsal həllərin tətbiqi, innovasiya və sahibkarlıq ekosistemlərinin gücləndirilməsi, eləcə də birgə layihələrin icrası və strateji tərəfdaşlıq mexanizmləri əsas istiqamətlər kimi müəyyən edilib.
Görüşün yekununda tərəflər gələcəkdə əməkdaşlıq perspektivlərinin araşdırılması və bu istiqamətdə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, “Startup School 3” layihəsi innovativ ideyaların inkişafı, startapların beynəlxalq bazarlara inteqrasiyası və dayanıqlı iqtisadi artıma töhfə verəcək layihələrin dəstəklənməsi məqsədini daşıyır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib