İİTKM-in şöbə müdiri “Azərbaycan Halal Biznes və Turizm Forumu”nda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova “Azərbaycan Halal Biznes və Turizm Forumu”nda iştirak edib. “Regionda halal turizmin inkişafı” adlı panel sessiyaya moderatorluq edən V.Cəfərova qlobal miqyasda halal turizmin inkişaf dinamikası və gələcək perspektivləri barədə məlumat verib. O, turizmin inkişafının dövlətin prioritet istiqamətlərindən biri olduğunu bildirib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialı və həyata keçirilən layihələri xüsusi qeyd edib. Panel sessiyada İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutundan(SMIIC), həmçinin Azərbaycan, Böyük Britaniya, Pakistan, Bosniya və Herseqovinadan olan nümayəndələr halal turizm mövzusunda təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən forumda 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, sahibkarlar, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İki gün davam edəcək tədbirdə halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə ediləcək. Forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır